Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında Parisdəki Yelisey Sarayında görüş keçirilib. Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan sosial media hesabında məlumat yayıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası müzakirə olunub. Tərəflər həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığını, viza rejiminin liberallaşdırılmasını və regional prosesləri nəzərdən keçiriblər. baku.ws
Qeyd edək ki, Nikol Paşinyan 9-cu Paris Sülh Forumunda iştirak etmək məqsədilə Fransaya işgüzar səfər edib.
