Loading Now

Zərdabda dəhşətli qəza – 5 nəfər yanaraq ölüb

Zərdab-Ağcabədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb. Hadisə nəticəsində 5 nəfər yanaraq ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərin adları məlum olub: minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova. 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment