İsmayıllıda ağır yol qəzası baş verib YENİLƏNİB
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 12 sentyabr 2026-cı il tarixində, saat 22:30 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 40-cı kilometrliyində qeydə alınıb.
“Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və yanıb. Qəza nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıb, sərnişin, 31 yaşlı Münəvvər Abdullazadə isə hadisə yerində həyatını itirib.
Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qəza ilə bağlı əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.





Post Comment