Loading Now

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

Sentyabrın 10-da Ağdərə rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə yüngül xəsarət alıb. O, minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Partlayış zamanı Sərxan Rüstəmzadə sol diz oynağının əzilməsi və sol baldır nahiyəsinin açıq yaraları ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumatında vətəndaşlara mina təhlükəsi olan ərazilərdə diqqətli olmaları, mina təhlükəsi işarələrinin göstəricilərinə riayət etmələri, şübhəli əşyalara toxunmamaları və bələd olmadıqları ərazilərə daxil olmamaları tövsiyə edilib.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment